Bu gün: Çərşənbə, 8th September 2010 və Saat Bakı vaxtı ilə :10:24:53
Oct
26
2009
Təbrizdə milli fəallar yoxa çıxıblar. PDF faylını al Çap E-poçt

Təbrizdə Nəvid Meşkat (Elşən), Mədinə Qasımi (Ulduz), Məhəmməd Məhəmmədlu (Atilla), Aydın Taqıpur (Alpər) və Cavad Ramazan (Oqtay) yoxa çıxıblar.

ButovAZ- Qulamrza Əmaninin ölümünün ildönümü ilə bağlı Təbrizdə keçirilən mərasimdə iştirak etmiş beş azərbaycanlı - Nəvid Meşkat (Elşən), Mədinə Qasımi (Ulduz), Məhəmməd Məhəmmədlu (Atilla), Aydın Taqıpur (Alpər) və Cavad Ramazan (Oqtay) yoxa çıxıblar.  onları Kəşfiyyat İşləri üzrə Nazirliyin (ETTELAAT) əməkdaşlarının tutduğu güman edilir.

Q.Əmaninin xatirəsi oktyabrın 23-də Təbrizin bir neçə yerində anılıb. Mərhumun məzarı üstündə də bir neçə dəfə anım mərasimi keçirilib.

Q.Əmani 2008-ci il oktyabrın 24-də Kərim və Cəfər adlı qardaşları ilə birgə Təbrizə gedərkən avtomobil qəzasına düşüb. Kərim və Cəfər hadisə yerində həlak olub, Qulamrza isə Təbrizin İmam Rza xəstəxanasında əməliyyat zamanı keçinib. Təbriz Universitetinin kənd təsərrüfatı fakütləsinin məzunu olan 35 yaşlı mühəndis Q.Əmani Azərbaycan milli kimliyi uğrunda apardığı dinc fəaliyyətinə görə bir neçə dəfə tutulmuş və 5 il həbsdə saxlanmışdı. Onun ölümü müəmmalı bir hadisə kimi qiymətləndirilir.

“Media forum”

 

Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı.

Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında deyirdi

ButovAZ- «Yüz illik əsarət dərsi ilə 2 illik hürriyyət qovğası bizi özümüzə tanıtdı». Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında deyirdi. Özünü tanıyan millətə isə ölüm yoxdur. Azərbaycan bütün dünyaya müstəqil dövlət kimi yaşamaq haqqını çoxdan tanıdıb.

saytda olan qonaqlar

Bu gün23
Dünən32
Bu həfdə72
Bu ay149