Bu gün: Çərşənbə, 8th September 2010 və Saat Bakı vaxtı ilə :09:54:27
Oct
26
2009
Güney Azərbaycan ədəbiyyatına dair yeni nəşr PDF faylını al Çap E-poçt

Güney Azərbaycan ədəbiyyatı haqqında yeni kitab işıq üzü görüb.

ButovAZ- Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi tərəfindən hazırlanan "Cənubi Azərbaycan ədəbiyyatı tarixi. XIX-XX əsrlər"

kitabında Güney Azərbaycan ədəbiyyatının XIX və XX əsrləri əhatə edən tarixindən bəhs olunur. İki cilddə çap olunan kitabın redaksiya heyətinin üzvləri akademik Mirzə İbrahimov, filologiya elmləri doktoru, professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevdir.

Bu 480 səhifəlik nəşr redaksiya heyətinin ön sözü ilə başlayır. Burada əslən Güney Azərbaycandan olan akademik Mirzə İbrahimovun elmə verdiyi töhfə, yazıçının Güney Azərbaycan ədəbiyyatının araşdırılmasında əvəzsiz rolu və mövzu ilə bağlı digər məlumatlar yer alır. Hər bir ədəbiyyat tarixinin ortaya çıxmasını ədəbi-mədəni hadisə kimi dəyərləndirən redaksiya heyəti kitabın ərsəyə gəlməsinin Güney Azərbaycan türklərinin arzusu olduğunu bildirib. Doqquz fəsildən ibarət kitabın birinci hissəsi "XIX əsrdə Cənubi Azərbaycanda folklor" başlığı ilə verilib. Bu fəsildə folklor incilərimizdən olan dastanlar və bayatılar yer alır.

II fəsildə XIX əsrin birinci yarısını əhatə edən ədəbiyyatdan bəhs olunur. Burada həmin dövrdə baş verən mühüm ictimai-siyasi hadisələr və zəmanənin görkəmli ədiblərinin yaradıcılığı əksini tapıb. Kitabın III fəsli "Ədəbi portretlər" başlığı ilə verilib. Bu hissədə Heyran xanım, Seyid Əbülqasim Nəbati və b. yaradıcılığından söz açılır.


Zəminə Rüstəm

 

Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı.

Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında deyirdi

ButovAZ- «Yüz illik əsarət dərsi ilə 2 illik hürriyyət qovğası bizi özümüzə tanıtdı». Bunu Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadə sonralar 28 may tarixi haqqında deyirdi. Özünü tanıyan millətə isə ölüm yoxdur. Azərbaycan bütün dünyaya müstəqil dövlət kimi yaşamaq haqqını çoxdan tanıdıb.

saytda olan qonaqlar

Bu gün23
Dünən32
Bu həfdə72
Bu ay149