Cümə, 03 July 2009
Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
Rəsmi Moskva Peterburqda keçirilməli Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ danışıqlarını dialoqun davam etdirilməsi nöqteyi nəzərindən vacib hesab etdiyini bildirir.

ButovAZ- Rusiyada Qarabağ üzrə Moskva deklarasiyasının imzalanması və Rusiyanın vasitəçi kimi rolu xüsusi vurğulanır
. Bu arada bir sıra Rusiyalı şərhçilərə görə, Moskva hazırda Qarabağ münaqişəsinin həlliylə bağlı ümumi mövqey formalaşdıra bilmir və ümumən hazırkı status-kvonun saxlanılmasında daha çox maraqlıdır.
Read more...
Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq
Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq

ButovAZ- Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, danışıqlar masasında Dağlıq Qarabağın Azərbaycandan ayrılması mexanizmləri yoxdur və ola da bilməz.

"Bir daha bəyan etmək istəyirəm, çünki bu məsələ ilə əlaqədar vaxtaşırı müxtəlif spekulyasiyalar irəli sürülür. Nə bu gün, nə 10 ildən, nə 100 ildən sonra Dağlıq Qarabağ müstəqil dövlət olmayacaq. Azərbaycanın mövqeyi birmənalıdır. Bütün təzyiqlərə baxmayaraq, bu mövqeyi biz axıra qədər müdafiə edəcəyik", İlham Əliyev çərşənbə günü Respublika Günü ilə bağlı keçirilən rəsmi qəbulda çıxışı zamanı bildirib, AzərTAc dövlət Agentliyi məlumat yayıb.
Read more...
əsgərlər arasında kütləvi zəhərlənmə

Müdafiə Nazirliyi əsgərlər arasında kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat yayıb

ButovAZ- Nazirliyin məlumatına görə, 164 əsgər hospitala müayinə üçün gətirilibmiş.

Bu gün Müdafiə Nazirliyinin mətbuat xidməti mayın 26-da Qaraheybət Təlim Mərkəzindən əsgərlər arasında baş vermiş kütləvi zəhərlənmə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, mayın 26-da axşam saatlarında Müdafiə Nazirliyinin Qaraheybət Təlim Mərkəzindən 164 əsgər Hərbi Klinik Hospitala  müayinə üçün gətirilib.

Hərtərəfli müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıblar. 6 əsgərdə isə bəzi xəstəliklər müşahidə olunduğundan əlavə müayinə və müalicəyə cəlb ediliblər. Onların vəziyyətləri kafidir. Həmin xəstələrdən bakteroloji və laborator nümunələr götürülüb. Üç gün ərzində müayinənin nəticələri bilinəcək.

Jun
10
2009
PDF Yazdır E-posta
Son sorğunun nəticələrinə görə əhalinin 54 faizi Musəvini himayə edir
Təbrizdəki çıxışında etnik qrupların əsasqanunda göstərilən hüquqlarını bərpa edəcəyini bildirən Mir Hüseyn Musəvi artıq Əhmədinejadın ən güclü rəqibi hesab olunur və onun seçki kampaniyasının əsasını Əhmədinejadın siyasətlərinin tənqidi təşkil edir.

ButovAZ- Çıxışlaırını dinləmək üçün minlərlə insanın toplaşdığı Musəvi ölkədə gənclərin hüquqlarına hörmət edilməsini önə çəkib. Onun kampaniyasında qadın hüquqlarının müdafiəsi ilə fəal iştirak edən xanımı Zəhra Rəhnəvardı isə bəziləri İranın Mişəl Obaması adlandırır.
Devamını oku...
 
Jun
08
2009
PDF Yazdır E-posta
Tehranın seçkilər şousu

Tehranın siyasi şousu bütün parlaqlığı ilə davam edir

Prezident seçkisi öncəsi İranda ötən bir həftə ərzində baş verən olayları xatırladıqda vəziyyətin gərginləşdiyi gözdən qaçmır. Durumun heç də xoşagələn olmadığı ölkənin ali rəhbəri ayətulla Xamneyinin çıxışından da bəlli olur. İRNA xəbər agentliyinin yaydığı xəbərə görə, ölkənin lideri hakimiyyəti və adi vətəndaşları "düşmənlərin İrana qarşı bütün pisliklərinə ayıq olmağa" çağırıb. Ali rəhbərin narahatlığını anlamaq olar.

Devamını oku...
 
Jun
04
2009
PDF Yazdır E-posta
Bəşər Əsəd Bakıya səfər edəcək

Suriya Nəsiminin məzarını ziyarət etməyimizə şərait yaradacaq

ButovAZ- Prezident İlham Əliyev dünən Suriyanın xarici işlər naziri Valid əl-Muallemin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu yaxınlarda Azərbaycanın Suriyada səfirliyinin açıldığını deyən prezident İlham Əliyev bunu iki ölkə arasındakı əlaqələrin inkişafında vacib amillərdən biri kimi qiymətləndirib.

Qonaq ölkəmizə ilk dəfə 2006-cı ildə səfər etdiyini, ötən dövr ərzində Bakıda çox böyük inkişaf proseslərinin getdiyinin şahidi olduğunu deyib və əldə olunan yüksək nailiyyətlər münasibətilə prezident İlham Əliyevi təbrik edib.

Devamını oku...
 
Jun
04
2009
PDF Yazdır E-posta
İranın Azərbaycanı təhdidləri yolverilməzdir
İsa Qəmbər: "Rəsmi Tehranın başqasından ehtiyatlı davranış tələb etməsi məntiqsizdir"
Əli Kərimli: "Azərbaycana kimin gəlib, kimin getməsinin İrana aidiyyatı yoxdur"
Sərdar Cəlaloğlu: "İran rəsmisinin Azərbaycanı təhdid etməsi riyakarlıqdır"
Mübariz Qurbanlı: "İranın bizə irad tutması anormaldır"


ButovAZ- İsrail prezidenti Şimon Peresin bu ilin yayında Azərbaycana gözlənilən səfəri ilə bağlı İran Silahlı Qüvvələri Baş Qərargah rəsisi Həsən Firuzabadi Azərbaycanın ünvanına təhdidlərlə çıxış edib. İran hərbçisi Bakıdakı İsrail səfirliyinin bağlanmasını tələb edib və bu səfərin İranla Azərbaycan arasında problemlərə səbəb olacağı kimi mövqe nümayiş etdirib. Bu məsələ ilə bağlı Azərbaycan siyasətçiləri "Turan"a açıqlamalar veriblər.
Devamını oku...
 
Jun
04
2009
PDF Yazdır E-posta
Həbsdə saxlanılan Azərbaycan jurnalisti mükafatlandırıldı
"Amnesty International" təşkilatı Azərbaycanda həbsdə saxlanılan jurnalist Eynulla Fətullaevi təhlükə şəraitində jurnalizm nominasiyası üzrə mükafatlandırıb.

ButovAZ- Londondakı mərasimdə , insan haqları qrupu Azərbaycanı Eynulla Fətullaevi azadlığa buraxmağa və "ifadə azadlığını boğmaq cəhdlərini" dayandırmağa çağırıb.

Eynulla Fətullaev 2007-ci ilin Aprel ayında 30 aylıq həbs cəzasına məhkum edilmişdi. 6 aydan sonra ona daha 6 illik həbs cəzası kəsildi - bu dəfə terrorçuluq və etnik nifaqın qızışdırılması ittihamı əsasında.
Devamını oku...
 
Jun
04
2009
PDF Yazdır E-posta
Bakıdan Tehrana xəbərdarlıq

"Alov"da kəşfiyyat işləri aparılmamalıdır...

ButovAZ- "Bakı və Tehran arasında Xəzər dənizinin sərhədlərinin delimitasiyası məsələsi həll olunmayınca dənizin cənub hissəsində "Araz"-"Alov"-"Şərq" neft strukturlarında geoloji kəşfiyyat işlərinin aparılmaması barədə razılıq var".

Bu barədə dünən keçirdiyi mətbuat konfransında xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Onun sözlərinə görə, bu razılaşmalar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev və İranın ali dini lideri Seyid Əli Əkbər Xamneyi arasında əldə olunub.

Devamını oku...
 
Jun
04
2009
PDF Yazdır E-posta
Əkbər Ələmi Xameneyiyə açıq məktub yazıb
Əkbər Ələmi İranın ali dini rəhbərini xalqa zülm etməkdə günahlandırıb

ButovAZ- İran dini rəhbərinnin nəzarəti altında fəaliyyət göstərən Konstitusiyaya Nəzarət Şurasında prezidentliyi namizədliyi rədd edilmiş keçmiş deputat, azərbaycanlı Əkbər Ələmi ayətullah Əli Xameneyiyə açıq məktub yazaraq, onu və tabeliyində olan bu qurumu kəskin tənqid edib.

"Bir Allah bəndəsinin Allahın digər bəndəsi sayılan möhtərəm rəhbərə açıq məktubu"  ifadələrilə başlayan Əkbər Ələmi İslam rəvayətlərindən misal gətirərək şiələrin birinci imamı Həzrət Əlinin öz ətrafındakı insanlarla necə davrandığına diqqət çəkib:
Devamını oku...
 
  • «
  •  Başlangıç 
  •  Önceki 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Sonraki 
  •  Son 
  • »


Açıq sözlər

  • İranın cümhurrəisliyi uğrunda ölkənin indiki prezidenti sabiq baş nazirə, eks-spikerə və "Sepah"ın keçmiş başçısına qarşı mübarizə aparacaq

    ButovAZ- İranın Konstitusiyaya Nəzarət Şurası İslam Respublikasında iyunun 12-də keçiriləcək prezident seçkilərinə qatılmaq iddiasında…
    Devamını oku...
  • 1918-ci ilin may ayının 28-də Milli Şura dövlət müstəqilliyini elan etməsəydi, indiki Azərbaycanın mümkünlüyü sual altında qalacaqdı

    ButovAZ- 1918-ci ilin may ayının 28-də Tiflisdə vaxtilə Qafqaz canişinin sarayı sayılan binada bir…
    Devamını oku...
24526
Bu gün33
Dünən117
Bu həfdə493
Bu ay250
Bütün24526

Your are currently browsing this site with Internet Explorer 6 (IE6).

Your current web browser must be updated to version 7 of Internet Explorer (IE7) to take advantage of all of template's capabilities.

Why should I upgrade to Internet Explorer 7? Microsoft has redesigned Internet Explorer from the ground up, with better security, new capabilities, and a whole new interface. Many changes resulted from the feedback of millions of users who tested prerelease versions of the new browser. The most compelling reason to upgrade is the improved security. The Internet of today is not the Internet of five years ago. There are dangers that simply didn't exist back in 2001, when Internet Explorer 6 was released to the world. Internet Explorer 7 makes surfing the web fundamentally safer by offering greater protection against viruses, spyware, and other online risks.

Get free downloads for Internet Explorer 7, including recommended updates as they become available. To download Internet Explorer 7 in the language of your choice, please visit the Internet Explorer 7 worldwide page.